AZ

Rusiyada azərbaycanlılara basqının təfərrüatı Bütün kişiləri....

Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirilən əməliyyatın bəzi təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 2001-ci ildə şəhərin kafelərinin birində əslən Ağdam rayonundan olan Yunis adlı bir nəfərin qətlə yetirilməsi cinayəti ilə bağlı Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birgə iyunun 27-də səhər saat 5 radələrində Səfərovlar ailəsinin üzvlərinin yaşadıqları 10 mənzilə basqın ediblər. Mənzillərdə olan kişilərin hamısını döyüb maşınlara doldurub polis idarəsinə aparıblar.

Polis idarəsinə aparılan zaman baş vermiş işgəncə nəticəsində iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar həyatlarını itiriblər.

Qohumlarının dediklərinə görə, idarədə onlardan 24 il bundan qabaq baş vermis cinayəti törətdiklərini etiraf etmək tələb olunub. 

Saxlanılanlardan üç nəfər - Ayaz Səfərov, Əziz Abbasov və Əhliman Gənciyev ağır vəziyyətdə 36 saylı xəstəxanaya yerləşdiriliblər.

Saxlanılanların Səfərov Bakir Mehdi oğlu (Azərbayçan vətəndaşı), Səfərov Asif Möhbalı oğlu, Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu, Səfərov Kamal Qədimalı oğlu,  Səfərov Məhəmməd Məzahir oğlu, və Səfərov Vuqar Məzahir oğlu olduğu bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
7
yenisabah.az

8Mənbələr