AZ

Ərzurumda karxanada faciə baş verib: 3 nəfər həlak olub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 28 iyun, AZƏRTAC

Türkiyənin Ərzurum vilayətinin Oltu bölgəsindəki karxanada qayanın uçması nəticəsində 3 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, faciə şənbə günü səhər qara kəhrəba hasil olunduğu ərazidə baş verib.

Hadisə yerinə qısa müddətdə xilasetmə, yanğınsöndürən, jandarmeriya və həkim qrupları yönləndirilib.

Son məlumata görə, həlak olan iki nəfərin cəsədi yer altından çıxarılıb. Daha bir fəhlə ağır yaralı halda çıxarılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faciənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
50
azertag.az

10Mənbələr