ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Rusiyada OMON-çular tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərovlarla bağlı yeni detallar məlum olub.
Oxu.Az E1.ru-ya istinadən xəbər verir ki, qardaşlar Yekaterinburqda "Kaspiy" kafesinin sahibi olublar.
Onların adı hallanan cinayət işi də bu kafenin qarşısında baş verib. Belə ki, 2001-ci ildə azərbaycanəsilli Yunis Paşayev məhz bu kafenin qarşısında mətbəx bıçağı ilə qətlə yetirilib.
Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğulları Kamal Qədiməli oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov öldürülüblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.