Ötən gün Rusiyanın Yekaterinburq şəhərində OMON-çular tərəfindən soydaşlarımızın kütləvi şəkildə həbs edilib.İlkin məlumatlaa görə, 5 nəfər (Hüseyn Səfərov, Ziyəddin Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov və Kamal Səfərov) amansızcasına qətlə yetirilib. Rusiya tərəfinin absurd açıqlamasına görə, bu hadisə 2001-ci ildə həmin şəhərdə baş verən cinayət işi ilə bağlıdır. Ancaq hüquqi dövlətdə ən dəhşətli cinayət törədənlər belə məhkəmə qarşısına çıxarılır, qətlə yetirilmir. Bariz nümunə Xocalı soyqırımını törədənlərin Azərbaycandakı məhkəməsidir. Ancaq görünən odur ki, Rusiya cəngənliklər qanunları ilə idarə edilir.
Düşündük ki, Azərbaycandakı Rus İcmasının bu qətliamla bağlı açıqlaması vacibdir.
Modern.az məsələ ilə bağlı Azərbaycanda Rus İcmasının mövqeyini öyrənməyə çalışıb.
Saytımıza açıqlamasında İcmanın sədri, Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, hadisə ilə bağlı dəqiq məlumatlı deyil:
“Hadisə ilə bağlı məlumatlı deyiləm. Bunun niyə və hansı səbəbə görə baş verdiyini bilmirəm. Araşdırma, rəsmi rəylər lazımdır. Məsələylə bağlı birinci gün daha düzgün münasibət bildirə bilərəm“-deyə, o, qeyd edib.