AZ

“Rusiyanın 3 helikopteri məhv edilib” – UTX

Ukraynanın Təhlükəsizlik Xidməti Krımdakı Kirovskoye hərbi aerodromuna hava zərbələri endirib, Rusiyanın 3 helikopteri və “Pantsir-S1” sistemi məhv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, aviasiya komponentinin, hava hücumundan müdafiə sistemlərinin, silah-sursat anbarlarının, eləcə də düşmənin kəşfiyyat və pilotsuz hücum təyyarələrinin yerləşdirilmə sahələrinə hava zərbələri endirilib.

Mövcud məlumatlara görə, əməliyyat nəticəsində UTX Rusiyanın Mi-8, Mi-26 və Mi-28 tipli üç çoxməqsədli və hücum helikopterini, həmçinin “Pantsir-S1” özüyeriyən zenit-raket və silah sistemini məhv edib.

 

 

Seçilən
16
3
konkret.az

10Mənbələr