AZ

Rusiyada OMON-çuların döydüyü azərbaycanlı: "Bizə maşınlarının palçığını yedizdirdilər" - VİDEO

Rusiyada

Ötən gün Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı və sonradan sərbəst buraxdığı azərbaycanlılardan biri - Vüqar Səfərov hadisənin təfərrüatını danışıb.Ulusum.az "Report"a istinadən xəbər verir ki, o, bildirib ki, iyunun 27-si səhər saat 05:00-da qapı döyülüb:"Əvvəlcə qapını açmadım. Ancaq gördüm ki, qapını qırırlar, mən özüm açdım. Hər kəs maskada idi. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları idilər. Evdə də iki uşaq vardı. Bizi heç nə soruşmadan döydülər. Evi ələk-vələk axtardılar və bir saat ərzində bizi döydülər. Başımızı yerə çırpırdılar. Oturacaqları başımıza vururdular".V.Səfərov qeyd edib ki, onları daha sonra başıaşağı şəkildə maşınlara mindirib aparıblar:"Maşınlar çox çirkli idi, bizi uzatdılar və "bu palçığı ye" dedilər. Təcridxanada isə bizi təhqir etdilər, başımıza vururdular, bizə elektrik cərəyanı ilə işgəncə verirdilər".V.Səfərov, həmçinin, yan otaqda atasını döydüklərini söyləyib:"Onun çığırtılarını eşidirdim. Atam ürəyində stend olduğunu desə də, ancaq bunu bilə-bilə bədənin həmin hissəsinə elektrik cərəyanı ilə işgəncə verirdilər. Onu 10 saat döydülər və sonda "ölürəm" deyə qışqırdı, nəticədə təcili tibbi yardım çağırdılar. Atamı xəstəxanaya aparanda mənə "Oğul, hər şeyi mənim üzərimə atmaq istəyirlər. Bütün qabırğalarım qırılıb" dedi. Mən sifətində salamat yer olmadığını gördüm".Müsahib vurğulayıb ki, onları təcridxanadan müharibəyə aparmaq istəyirdilər:"Mənə yaxınlaşdılar və dedilər ki, sən müqavilə imzalamalısan və müharibəyə getməlisən. Mən bilmədim nə edim və dedim ki, 30 min rubl məbləğində humanitar yardım etmişəm. Mənə "niyə belə az?" dedilər və yenidən döyməyə başladılar. Atam da onlardan razılaşacağı təqdirdə oğlunu buraxacaqlarını deyə soruşdu. Onlar da "bəli" cavabını verdilər. Axşam saatlarında Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski və vəkil oğlu təcridxanaya gəldilər, qardaşımla məni buraxdırdılar".Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.My Webpage

Diqqət Çəkənlər

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Baş müxalif arxiyepiskop həbs olunub

“Şahdağ Quba”nın sabiq prezidenti Türkiyədə ölü tapıldı - VİDEO

"Əsrin Toyu": Bezosla Sançesin 50 milyon dollarlıq Venedik məclisi etirazlara səbəb oldu

Seçilən
8
2
ulusum.az

3Mənbələr