AZ

Yekaterinburq hadisəsinin şahidi - "Məni yerə uzadaraq təpiklədilər"

Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı, daha sonra sərbəst buraxdığı Ramil Səfərov baş verən hadisəni şərh edib.


Manset.az Report-a istinadən xəbər verir ki, o, bildirib ki, yaşadığı evə səhər saat 6-da daxil olublar.

"Qapını qırdılar və evi darmadağın etdilər. Məni yerə uzadaraq təpiklədilər (bədənindəki xəsarət izlərini göstərir). Hər tərəfim göyərib. Gözüm pis görür, başım gicəllənir. Məni döyəndə burnumdan qan açıldı və sonra dedilər ki, qanı sil. Qanın mənə aid olduğunu sübut edə bilməmək üçün bunu etdilər", - R.Səfərov deyib.

O əlavə edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları evə girəndə heç bir sənəd göstərməyiblər:

"Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər. Ayaqlarını başıma qoyub dedilər ki, sən atanın etmədiyi şeyi de. Onu sat. Yoxsa səni öldürərik".

Seçilən
17
15
manset.az

9Mənbələr