AZ

Millinin qapıçısını 4 illik cəza gözləyir

“Udineze”nin qapıçısı Maduka Okoye sarı vərəqə ilə cəzalandırıldığına görə 4 illik diskvalifikasiya oluna bilər.

Msport.az xəbər verir ki, 25 yaşlı nigeriyalı qolkiper mərc oyunlarda iştirak etməkdə şübhəli bilinir.

O, 2024-cü ildə “Latsio”ya qarşı matçın 64-cü dəqiqəsində topu oyuna gec daxil etdiyinə görə sarı vərəqə ilə cəzalandırılıb. Bu məsələ ilə bağlı bukmeker kontorlarında xeyli sayda mərclər qeydə alınıb və iştirakçılar 120 min avrodan çox pul ödəyiblər.

İş materialları İtaliya prokurorluğuna təhvil verilib. Qolkiperin mərc oyunlarında iştirakı sübuta yetiriləcəyi təqdirdə 4 ilə qədər diskvalifikasiya ilə üzləşəcəyi istisna edilmir.

Seçilən
25
1
msport.az

2Mənbələr