AZ

Ağdamda karate üzrə "Qarabağ" turniri keçirilib - FOTOLAR

28 iyun 2025-ci il tarixdə Ağdam Olimpiya İdman Kompleksində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə  mərhum idmançı Elçin Mahmudovun xatirəsinə həsr olunmuş karate üzrə "Qarabağ" turniri keçirilib.

12 komandada 200-dən çox idmançının qatıldığı turnirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, mərhum idmançının ailə üzvləri, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov, Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov, veteran idmançılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblət. .

Turnir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən bəhs edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Yarışın sonunda  mərhum idmançı Elçin Mahmudovun anası çıxış edərək turnirin təşkilatçıarına və iştirakçılara minnətdarlığını bildirib.

Turnir qaliblərin mükafatlandırılması ilə başa çatıb.

Seçilən
14
1
unikal.az

10Mənbələr