AZ

Belaruslu futbolçu: Adil Şükürovun narazılığını başa düşmürəm

BAKI, 28 iyun. TELEQRAF

“Adil Şükürov belə deyirsə, daha sözüm yoxdur. Bir il əvvəl o, komandada olarkən, mən kapitan idim. Narazılığını başa düşmürəm”.

Bunu Teleqraf-a açıqlamasında “Kəpəz”dən ayrılan belaruslu futbolçu Yeqor Xvalko deyib.

28 yaşlı müdafiəçi, baş məşqçi təyin olunduqdan sonra Adil Şükürovun onun performansını bəyənməməsinin səbəbini anlamadığını bildirib: “Ayrılığın səbəbini özüm də bilmirəm. Şəxsən mənə heç nə deyilmədi. Qərarı rəhbərlik verdi”.

Xvalko gözlənilməz gedişinə baxmayaraq, klubdan normal ayrıldığını deyib: “Bu, məndə inciklik yaratmadı. Çünki yetkin bir insanam və hər şeyi anlayıram. Həmişə demişəm ki, komandaya sponsor gəlsə, “Kəpəz” bir-iki ilə avrokuboklar uğrunda mübarizə aparacaq”.

Təcrübəli kapitan Azərbaycanda qalmaq istəyini də dilə gətirib: “Həmişə Azərbaycanda oynamaqdan məmnun olaram. Hazırda heç bir klubdan təklif almamışam”.

Qeyd edək ki, Yeqor Xvalko 2022-ci ildə Rusiyanın “Dzerjinsk” klubundan“Kəpəz”ə transfer olunub. 28 yaşlı oyunçu "Kəpəz"in heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub

Seçilən
38
40
teleqraf.com

10Mənbələr