Təhsil eksperti Nadir İsrafilov vəfat edib.
Viral.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, o, müalicə aldığı xəstəxanada 73 yaşında vəfat edib.
Son Yazılar:
- Nadir İsrafilov vəfat ETDİ
- İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə ÇIXDI
- Zelenski onu ordenlə təltif ETDİ
Mərhum bir neçə gün öncə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Nadir İsrafilov 1952-ci il aprel ayının 21-də Xaçmaz rayonunda doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1981-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirib. Fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Azərbaycan ETPEİ-də elmi işçi, BŞBTİ-da inspektor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışıb.