“Qəbələ”dən ayrılan Elvin Yunuszadə karyerasını “İmişli”də davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, müdafiəçi bölgə klubu ilə danışıq aparır.
32 yaşlı müdafiəçi daha əvvəl – 2024-cü ilin yanvarından avqustuna kimi “İmişli”də forma geyinib. O, bundan öncə “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “İrəvan”, “Keşlə” (indiki “Şamaxı”), Bosniyada “Çelik”, Şimali Makedoniyada “Şkupi” kimi komandalarda da çıxış edib.
Yunuszadə Azərbaycan yığmasında 3 oyuna çıxıb.
“İmişli” yeni mövsümdə Premyer Liqada iştirak edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta