Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində kamikadzenin hücumu nəticəsində azı 16 nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Agence France-Presse" yerli rəsmilərə və təhlükəsizlik qüvvələrinə istinadən yazıb.
"Kamikadze partlayıcılarla dolu avtomobili əsgər karvanının üzərinə sürüb", - deyə rəsmi bildirib.
Bundan əvvəl 13 nəfərin öldüyü, 29 nəfərin yaralandığı bildirilirdi.