Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz” klubu kapitan Yeqor Xvalko ilə vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belaruslu müdafiəçinin başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub Xvalkoya xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Yeqor Xvalko 2022-ci ilin yayından “Kəpəz”də çıxış edirdi. O, bu üç il ərzində “sarı-göylər”in heyətində 102 oyuna çıxıb, 3 qola imza atıb. Belaruslu mərkəz müdafiəçisi karyerası ərzində “Dzerjinsk”, “Neman”, “Dnepro Mogilev”, “Lida” kimi klublarda da çıxış edib, Belarusun aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.