AZ

Məsud Pezeşkian İlham Əliyevdən İsrail dronlarını soruşub

Məsud Pezeşkian İlham Əliyevdən İsrail dronlarının Azərbaycan ərazisini istifadə edib-etmədiyini soruşub.

Azərbaycanda media hökumətin sərt nəzarətində olduğundan, telefon zəngi barədə yayılan rəsmi xəbərlərdə bu məsələyə toxunulmayıb.

İran Prezidentinin saytı isə yazıb ki, iyunun 26-da zəng edən Pezeşkian İsrailin İrana hücumu zamanı dronların Azərbaycan hava məkanını istifadə edib-etməmələrinin araşdırlmasını istəyib.

İran Prezidentinin saytında deyilir ki, Məsud Pezeşkian İlham Əliyevdən pilotsuz təyyarələrin və mikro-təyyarələrin Azərbaycan hava məkanından İran səmalarına təcavüzü ilə bağlı bəzi xəbərlərin araşdırılması və yoxlanılmasını istəyib.

İran Prezidentinin saytı yazıb ki, İlham Əliyev yayılan xəbərləri təkzib edib.

"Azərbaycan hökuməti heç bir halda onun səmasının dost və qardaş İrana qarşı istifadə edilməsinə icazə verməyəcək", - sayt yazıb.

Azərbaycan Prezidentin saytı və ölkədəki əksər medialar bu məlumatları yaymayıblar.

Ancaq Azərbaycan hökumətinə yaxın saytlardan biri yazıb ki, burada məqsəd Azərbaycanı günahkar çıxarmaqdır.

Şərhə görə, bununla "Azərbaycanın Təbrizin bombalanmasında iştirak etdiyi"ni iddia etməklə etnik azərbaycanlılar arasında onun nüfuzun aşağı salmaq hədəflənib.

İyunun 13-də İsrail İrana hücum edəndən sonra iki ölkə bir-birini hər gün bombalayıb.

Azərbaycan elan edib ki, öz ərazisindən İrana qarşı istifadəyə icazə verməyəcək.

İyunun 22-də Amerika Birləşmiş Ştatları İranın nüvə obyektlərinə zərbələr endirdikdən sonra Prezident Trump İsrail və İran arasında atəşkəs elan edib.

Videoya Youtube kanalımızda baxın.

Seçilən
16
bbc.com

1Mənbələr