AZ

OMON-çuların öldürdüyü Səfərovların - Fotoları-Yenilənib

Xəbər verdiyimiz kimi, OMON xüsusi təyinatlı dəstəsi Rusiyanın Yekaterinburq şəhərində  Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Nəticədə hər iki şəxs və onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüb.

OMON-çular onların ailə üzvlərini, o cümlədən Bakir Mehdi oğlu Səfərovu da saxlayıb.

***

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü – Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada həyatlarını itiriblər.

Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb.

“Qafqazinfo” Modern.az-a istinadən mərhum qardaşların və saxlanılan B. Səfərovun fotosunu təqdim edir:

Fotoda Məzahir Səfərov




Seçilən
16
1
qafqazinfo.az

10Mənbələr