Rusiyanın Sverdlovsk vilayətindəki “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski Yekaterinburq şəhərində üç nəfər azərbaycanlının Xüsusi Təyinatlı Milis Dəstəti (OMON) tərəfindən qətlə yetirilməsi ilə bağlı naharatlığını bildirib.
“Cebheinfo.az”-ın məlumatına görə, Şahin Şıxlinski bununla bağlı mətbuata açıqlama verib.
O qeyd edib ki, həbslərin səbəblərini bilmir və özü də istintaqda iştirak etmir:
“Diaspor nümayəndələri həbs olunanların heç də hamısının bilavasitə köhnə işlə bağlı olmadığını vurğulayır və müttəhimlərin seçilməsinə geniş yanaşmadan narahat olduqlarını bildirirlər”.