AZ

"Çelsi" "Arsenal"dan 75 milyon funt-sterlinq tələb edir

Bakı. Trend:

"Çelsi"nin hücumçusu Nikolas Cekson Premyer Liqada klubunudəyişə bilər.

Trendxəbər verir ki, "Arsenal" seneqallı futbolçunu transfer etməkistəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Çelsi" oyunçusunu satmağın əleyhinə deyil. London klubu 24yaşlı forvard üçün 75 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu 2023-cü ilin yayında"Vilyarreal"dan transfer edib. Seneqal millisinin üzvü ötən mövsüm"mavilər"in heyətində meydana çıxdığı 36 rəsmi matçda 13 qol və 6məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Seçilən
9
2
az.trend.az

3Mənbələr