Ajans.az Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü İradə Məhərrəmova evində olan sirkə turşusunu içməsi nəticəsində zəhərlənib. İ.Məhərrəmovaya ilkin tibbi yardım göstəriləndən sonra o, təcili yardım briqadası ilə Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyəti ağır qiymətləndirilir. Hadisənin baş vermə səbəbi ilə bağlı araşdırmalar aparılır.