İranda İsrailin hücumları nəticəsində həyatını itirən yüksəkrütbəli hərbi komandanlar və nüvə alimlərinin bu gün kütləvi dəfn mərasimləri keçiriləcək.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, İnqilab Meydanında başlayacaq mərasimlə bağlı paytaxt Tehranda dövlət müəssisələri işləmir.
***
Tehranda İnqilab Meydanında yüksəkrütbəli hərbi komandanlar və nüvə alimləri daxil olmaqla, 60 nəfərin dəfn mərasimi keçirilir.
İran Prezidenti Məsud Pezeşkian da mərasimə qatılıb. (Qafqazinfo)