AZ

Üç gecə davam edəcək – Milyarder toyuna 50 milyon xərclədi

Milyarder Ceff Bezos və jurnalist Lauren Sançesin Venesiyada toyu təxminən 50 milyon dollara başa gəlib.

NOCOMMENT.az xarici mediaya istinadla xəbər verir ki, eyni zamanda üç gün davam edəcək tədbirin təşkilinin dəqiq təfərrüatları gizli saxlanılıb. Venesiyanın da daxil olduğu Veneto regional hökumətinin prezidenti Luka Zaia toy və onunla bağlı tədbirlərin 47-56 milyon dollara başa gələcəyini deyib.

Tədbirə ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Cared Kuşner, Opra Uinfri, Bill Qeyts, Leonardo Di Kaprio və Kardaşyan ailəsinin bir neçə üzvü də daxil olmaqla 200-ə yaxın məşhur və biznes elitasının nümayəndələri dəvət olunub.\\Lent.az

Seçilən
3
1
nocomment.az

2Mənbələr