AZ

Valideynlərin NƏZƏRİNƏ: Uşaqlara heç vaxt bu sözləri deməyin

Valideynlərin uşaqlarla ünsiyyəti onların emosional inkişafında əsas rol oynayır. Ancaq bəzi cümlələr, xoş niyyətlə deyilsə də, uşaqların psixoloji sağlamlığında dərin izlər buraxa bilər.

Bizim.Media xəbər verir ki, valideynlərin tez-tez istifadə etdiyi “Hər şeyi çətinləşdirirsən”, “Çünki mən belə istəyirəm”, “Əgər qulaq asmasan, bu imtiyazdan məhrum olacaqsan” kimi ifadələr zəhərli ünsiyyət nümunələridir.
 

Xarici mütəxəssislər bildirir ki, bu tip ifadələr uşaqların hisslərini inkar edir və münasibətləri zədələyə bilər. Valideynlər daha empatik və istiqamətverici yanaşmalara üstünlük verməlidirlər.


Türkiyəli mütəxəssis Raouda “Mən bilirəm ki, bu qərarı bəyənmədin. İndi səbəbini izah edəcəyəm və davam edəcəyik” kimi ifadələrin uşağın hisslərini tanıdığını və valideynin nüfuzunu qoruduğunu bildirir.

Həmçinin, “Hazır olduğun zaman bu fəaliyyəti edə bilərik” kimi yanaşmalar uşağa seçim haqqı verir, güc balansını mübarizə yox, razılaşma üzərində qurur.

Uşağın hisslərini aşağılayan, məsələn, “şişirtmə, yaxşısan” kimi ifadələr isə emosional etibarsızlıq hissi yaradır. Bu, uşağın “hisslərim səhvdir” düşüncəsi ilə formalaşmasına səbəb olur.

Psixi sağlamlıq terapevti Cheryl Groskopf və doktor Caroline Fenkel isə valideynləri “eqo mərkəzli tərbiyə”yə qarşı xəbərdar edir. Onların fikrincə, bu tərbiyə növü uşağın inkişafı deyil, valideynin emosional ehtiyaclarını təmin etməyə yönəlir.

Fenkelin sözlərinə görə, belə ailələrdə böyüyən uşaqlar daim mükəmməl olmaq üçün təzyiq hiss edir, bu isə gələcəkdə narahatlıq, aşağı özünəinam və uğursuzluq qorxusu ilə nəticələnə bilər.

Bizim.Media

Seçilən
26
25
bizim.media

10Mənbələr