AZ

Rusiya Odessaya hücum edib - ölən və xəsarət alanlar var

İyunun 27-dən 28-nə keçən gecə Rusiya hərbçiləri dronlarla Ukraynanın Odessa şəhərinə hücum ediblər.

Bakıvaxtı.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində ailəvi cütlük həlak olub, ölənlər var.

Odessa meri Gennadi Truxanov bildirib ki, xilasedicilər düşmən pilotsuz uçuş aparatının mənzillərinə düşməsi nəticəsində həlak olan ər-arvadın meyitlərini aşkarlayıblar.

O, həmçinin əlavə edib ki, hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir və səhər saatlarında rayon rəhbərliyinin operativ qərargahı hadisə yerində işə başlayacaq.

Eyni zamanda G.Truxanov xəsarət almış iki uşağın hazırda tibb müəssisələrində olduğunu bildirib. Qeyd edilir ki, hücum zamanı daha dörd nəfər (böyük) də yaralanıb.

Seçilən
7
12
bakivaxti.az

10Mənbələr