Fransanın paytaxtı Paris şəhəri tufan və güclü yağış səbəbilə su altında qalıb.
Publika.az xəbər verir ki, şəhərdə metrostansiyalar da suya qərq olub, eləcə də yeraltı keçidləri su basıb.
Ağaclar və elektrik xətləri aşıb. On minlərlə evin elektriksiz qaldığı bildirilir.
Əlverişsiz hava şəraiti nəticəsində azı 2 nəfər ölüb, xəsarət alanların sayı isə hələlik dəqiq bilinmir.