ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
“Microsoft” şirkəti rəsmi olaraq 40 ildir “Windows” əməliyyat sisteminin bir hissəsi olan mavi xəta ekranını sildiyini açıqlayıb.
Lent.az xəbər verir ki, “Windows” istifadəçilərinin 40 ildir qarşılaşdıqları məşhur "mavi ekran" xətası artıq dəyişib.
Belə ki, bundan sonra “Windows”un xəta ekranı artıq qara rəbgdə olacaq.
1985-ci ildə "Windows"un ilk versiyasından bəri mövcud olan parlaq mavi xəta ekranı artıq tarixə qovuşub.
Qara ekran bu yaydan başlayaraq bütün “Windows 11” versiyası ilə təmin olunmuş cihazlarında görünməyə başlayacaq.
Yeni ekran dayanma kodunu və xətaya səbəb olan sistem sürücüsünü aydın şəkildə göstərəcək.
Bu da xüsusilə İT administratorlarına problemi daha tez diaqnoz qoymağa imkan verəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.