AZ

Milyarder Ceff Bezos öz toyuna təxminən 50 milyon dollar xərclədi

BAKI, 28 iyun. TELEQRAF

Milyarder Ceff Bezos və jurnalist Loren Sançesin Venesiyada keçirilən toy mərasimi təxminən 50 milyon dollara başa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Üçgünlük tədbirin təşkilatı ilə bağlı dəqiq detallar açıqlanmır.

Tədbirə təxminən 200 məşhur şəxsin və biznes elitasının nümayəndələrinin, o cümlədən ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner, Opra Uinfri, Bill Qeyts, Leonardo Di Kaprio və s. dəvət olunub.

Seçilən
21
teleqraf.com

1Mənbələr