AZ

Saxlanılan onlarla azərbaycanlı ilə bağlı Rusiyadan ilk AÇIQLAMA

Yekaterinburqda əvvəlki illərdə baş vermiş cinayət hadisələri ilə bağlı bir sıra şəxslər saxlanılıb.

Publika.az xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib.

O, əvvəllər törədilmiş cinayət işlərinin istintaqı çərçivəsində kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

Cinayət hadisələrini törətməkdə şübhəli bilinən bəzi şəxslər saxlanılıb və həmin şəxslərin yaşayış yerlərində axtarışlar aparılıb. Hazırda şübhəli şəxslərlə bağlı zəruri istintaq aparılır və digər cinayətlərdə iştirakları yoxlanılır.

Qorelix istintaq sirrini əsas gətirərək digər təfərrüatı açıqlamayıb.

Seçilən
1
50
publika.az

10Mənbələr