Dünya şöhrətli amerikalı müğənni Cennifer Lopez konserti üçün Türkiyəyə gəlir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi İstanbul Festivalı çərçivəsində avqustun 5-də "Festival Park Yenikapı"da musiqisevərlərlə görüşəcək. Konsert həm də pərəstişkarlarına Cennifer Lopezlə görüşmək imkanı təqdim edəcək. 100 min lirədən başlayan satışda olan "Meet & Greet” biletlərini alan 50 nəfər sənətçi ilə görüşəcək, söhbət edəcək, şəkil çəkdirəcək. Xüsusi nöqtədən əraziyə daxil olacaq 50 nəfər konserti VİP-dən izləyəcək. "Meet & Greet” biletləri tezliklə satışda olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta