AZ

Kadırovun oğlu evlənir

Çeçenistanın rəhbəri Ramzan Kadırovun üçüncü oğlu, 17 yaşlı Adam Kadırov evlənir.

Bizim.Media xəbər verir ki, bu barədə Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırova məlumat verib.

"Qardaşım evlənir", - o, bildirib.

Onun sözlərinə görə, toy Kadırovların ata-baba kəndi Axmat-Yurtdakı ailə evində baş tutacaq.

Qeyd edək ki, Adam Kadırov Çeçenistan rəhbərinin - atası Ramzan Kadırovun köməkçisidir və 2023-cü ilin noyabrından o, həm də Çeçenistan Təhlükəsizlik Xidmətinə rəhbərlik edir.

2023-cü ilin oktyabrında Adam Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb, 2024-cü ilin avqustunda isə ən yüksək regional mükafat - Kadırov ordeni ilə təltif edilib. (axar.az)

Bizim.Media

Seçilən
25
bizim.media

1Mənbələr