AZ

Ermənistanda arxiyepiskop Ajapaxyan və qardaşı oğlu da saxlandı...


Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Ajapaxyanı Ermənistanın İstintaq Komitəsinin Yerevandakı ofisinə gətiriblər.

Ermənistan KİV məlumat yayıb ki, artıq onun saxlanılması ilə bağlı qərar verilib.

Səhər saatlarında din xadimləri arxiyepiskopun saxlanılmasına maneə törətsələr də, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri onu birbaşa İstintaq Komitəsinin binasına aparıblar.

Bina ətrafındakı küçələr və yaxınlıqdakı həyətlər polis tərəfindən mühasirəyə alınıb. Binanın qarşısında arxiyepiskopa dəstək verən şəxslər də toplaşıblar.

Arxiyepiskop Mikayel Ajapaxyanın qardaşı oğlu da İstintaq Komitəsinin binasına gətirilib.

Polis İstintaq Komitəsinin yaxınlığında Ajapaxyanın tərəfdarlarını da saxlayıb. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti saxlanılma faktını təsdiqləsə də, onların dəqiq sayını açıqlamayıb.

ZÜMRÜD

Seçilən
3
4
baki-xeber.com

7Mənbələr