AZ

Kit Endryus - “Brentford”un yeni baş məşqçisi

İrlandiyalı futbol mütəxəssisi Kit Endryus İngiltərə Premyer Liqasında mübarizə aparan “Brentford”un baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssis iyunun 12-də “Tottenhem”lə 3 illik müqavilə imzalayan sabiq baş məşqçi Tomas Frankı əvəzləyib. Endryusla müqavilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Kit Endryus 2024-cü ilin yayından “Brentford”da standart vəziyyətlər üzrə məşqçi funksiyasını yerinə yetirirdi. O, daha əvvəl “Şeffild Yunayted”, “Milton-Kins Dons” klublarında və İrlandiya millisində də məşqçi kimi çalışıb. Bu, onun baş məşqçi kimi ilk fəaliyyəti olacaq.

Seçilən
16
arena.az

1Mənbələr