"Kəpəz"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Söhbət mərkəz yarımmüdafiəçisi Mahamadu Badan gedir.
Baş məşqçi Adil Şükürov Valdemar Almeydanın ardınca 25 yaşlı legionerlə də yolların davam etdirilməsinə qərar verib.
Malidən olan futbolçu ilə başa çatan müqavilə bir il müddətinə uzadılıb.
Ba ötən ilin oktyabr ayından Qərb təmsilçisinin formasını geyinir.
O, arxada qalan mövsüm 27 oyunda meydana çıxıb və 3 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ