İtaliya A Seriyasına vəsiqə qazanan "Piza" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Frozinone"dən İsak Vuralı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Piza" türk yarımmüdafiəçi üçün onun klubuna 4,5 milyon avro təzminat ödəyib.
19 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, türkiyəli futbolçu ötən mövsüm "Frozinone"nin heyətində meydana çıxdığı 24 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İtaliya millisinin üzvü daha 2 il “Napoli”də - RƏSMİ
TFF Montella ilə “yola davam” dedi - RƏSMİ
Fransalı forvard ölkəsinə qayıdacaq
Almaniyalı forvard “Bavariya” yolunda
Çempionşipə düşdü - KOMANDADAN GÖNDƏRİLDİ