“Lester”də baş məşqçi Rud van Nistelroy ilə yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Nistelroy 2024-cü ilin dekabrından “Lester”ə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında başa çatan mövsümdə Premyer Liqada 18-ci olub və elitanı tərk edib.