Qusarda avtoqəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Far.Az report-a istinadən xəbər verir ki, yaralılar Pakistan vətəndaşları:
1. Muneeb Rahman
2. Jagdesh Kumar.
3. Avinash Avinash.
4. Raza Aleem.
5. Umair Rafique.
Azərbaycan vətəndaşları:
Sahil Rüstəmov və onun bacısı Günay Məmmədovadır.
***
Qusar rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası qəzası baş verib.
Far.Az report-a istinadən xəbər verir ki, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində 3 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.