ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
“ABŞ administrasiyasının tətbiq etdiyi ticarət rüsumları Amerika iqtisadiyyatına təxminən 88 milyard dollar gəlir gətirib”.
Yeniavaz.com xəbər verir ki, bunu iyunun 26-da ABŞ Prezidenti Donald Tramp Ağ Evdə büdcə və vergi sahəsində planlara həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Vaşinqton administrasiyasının rəhbərinin qeyd etdiyi kimi, konqres ekspertləri ona bildiriblər ki, ABŞ rüsumlardan “planlaşdırıldığından daha çox pul” qazanıb. Amerika liderinin izah etdiyi kimi, bu məlumatlara görə, ABŞ tariflərdən 88 milyard dollar əldə edib.
Tramp bu hesablamalarla bağlı hər hansı təfərrüat açıqlamayıb.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Həmin gün ABŞ Prezidenti bəzi cavab rüsumlarının 90 günlük dayandırıldığını elan edib ki, bu da Ağ Evin izah etdiyi kimi, ticarət məsləhətləşmələri ilə bağlıdır. Bu müddət ərzində 10% universal tarif qüvvədədir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.