Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” 3  yoxlama oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, Yunanıstan təmsilçisi Şotlandiya "Livinqston"u (3 iyul), Belçika “Anderlext”i (5 iyul) və Niderland "Alkmaar"ı (9 iyul) ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Aris" matçı iyulun 24-də Bakıda, cavab matçı isə bir həftə sonra Salonikidə baş tutacaq.