AZ

SON DƏQİQƏ: Qərar yenə dəyişdi, görün, rəhbərlik nə etdi! - FOTOLAR

Yeni mövsümdə “Karvan” Premyer Liqada mübarizə aparacaq.

Klub ev oyunlarını Yevlaxda keçirməyi planlaşdırır.

Bu üzdən də “sarvanlar“ stadionda təmir işlərinə başlayıb. Meydanın ot örtüyünün dəyişdirilməsinə start verilib.

Amma... Plan yenə dəyişib.

Yeni qazon süni olacaq. Bu, son qərardır.

“Karvan“ rəhbərliyi komandanın başqa yerə köç etməsinii istəmədiyi üçün təbii otdan imtina edib. Çünki belə olsa, gərək kollektivminimum 8-10 ay doğma rayondan uzaq düşsün.

Lakin “Karvan“ 16 il sonra qayıtdığıelitanın həyacanını yevlaxlı azarkeşlərdən uzaq qeyd etməyi riskli sayır. Onlara görə, yerli publikadan kənar düşmək futbolçuların motivasiyasını azaldacaq, bu isə təhlükəlidir.

“Sarvanlar“ liqada qalıcı olmaq niyyətindədir. Güman edirlər ki, yalnız yevlaxlı tərəfdarların güclü dəstəyi sayəsində həmin vəzifənin öhdəsindən gəlmək mümkündür.

SPORTİNFO.AZ

0af27294
3be279e0
04bf3e83
75be20d1
c200bf77
e1169701
Seçilən
56
30
sportinfo.az

10Mənbələr