Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.
İngiltərə milli futbol komandasının və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Devid Bekhem bilək ağrıları ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Yeniavz.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, Bekhem artıq əməliyyat olunub. Cərrahi müdaxiləyə səbəb onun 22 il əvvəl İngiltərə millisinin heyətində keçirdiyi oyunda aldığı zədə olub.
Qeyd edək ki, 50 yaşlı Bekhem 1993-2003-cü illərdə İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edib. Yarımmüdafiəçi komandanın heyətində 265 oyun keçirib və 62 qol vurub.
Bekhem altı dəfə İngiltərə Premyer Liqasını (1996, 1997, 1999, 2000, 2001, 2003), iki dəfə İngiltərə Kubokunu (1996, 1999) və İngiltərə Super Kubokunu (1996, 1997), həmçinin, Çempionlar Liqasını (1999) qazanıb.
Bekhem karyerası ərzində İspaniyanın “Real Madrid”, Fransanın “Pari Sen-Jermen” və “Los Anceles Qalaksi” klublarında da çıxış edib. 2025-ci ilin iyununda o “cəngavər” tituluna layiq görülüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.