Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti Məsud Pezeşkiana dəstəyini Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Hörmətli prezident, istəyirəm biləsiniz ki, müqavimətinizdə tək deyilsiniz”, – deyə Lukaşenko qeyd edib.
O əlavə edib ki, İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr Nüvə Silahlarının Yayılmamasının Qarşısının Alınması Müqaviləsinin müddəalarını və Cenevrə Konvensiyalarını pozur.
Qeyd edək ki, bundan əvvəl Pezeşkian ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumlarının nüvə silahlarının yayılmaması rejimini sarsıtdığını bildirmişdi.