AZ

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Bazarda ədalətli və rəqabətə əsaslanan mühit üçün...

Türkiyədə ikinci əl avtomobil bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə tətbiq olunan “6 ay və 6 min kilometr” məhdudiyyəti 2026-cı il yanvarın 1-dək uzadılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi açıqlama yayıb.

Qərara əsasən, avtomobil, motosikl və digər motorlu nəqliyyat vasitələrinin ilk qeydiyyatından sonra 6 ay keçmədən və ya 6 min km yol qət etmədən satışa çıxarılması qadağan olunmağa davam edəcək.

Qeyd olunub ki, məqsəd bazarda ədalətli və rəqabətə əsaslanan sabit bir mühit yaratmaq, spekulyativ satışların qarşısını almaqdır.

Seçilən
7
1
publika.az

2Mənbələr