
Qəzzada qida çatışmazlığından əziyyət çəkən uşaqların sayı 17 minə çatır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Qəzza tibbi xidmətlər direktoruna istinadla məlumat yayıb.
“Ciddi müdaxilə edilmədiyi təqdirdə çoxlu sayda uşağın qida çatışmazlığından öləcəyini gözləyirik”, - tibbi xidmətlər rəsmisi bildirib.