AZ

Siyəzəndə 2 nəfər narkotiklə bağlı saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Natiq Məhərrəmov və Nurlan Qurbanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, onlardan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə N.Məhərrəmov və N.Qurbanovun barələrində həbs qətimkan tədbiri seçilib.

Seçilən
32
39
operativmm.az

10Mənbələr