BAKI, 4 iyul. TELEQRAF
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində üç narkokuryer saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunlar əvvəllər məhkum olunmuş 34 yaşlı İbrahim Heydərov, 26 yaşlı Nicat Qurbanov və 38 yaşlı Əfqan Kərimov saxlanılıblar.
Onlardan 2 kiloqram narkotik vasitə olan marixauana və 1 kq 460 qram həşiş aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuzda gizlədilən narkotikləri şəxsi istifadəsi ilə yanaşı satış məqsədi ilə əldə edib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.