AZ

Aris in yeni transferi Araz Naxçıvan la matçdan öncə: Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə düşməkdir

Sportal.az saytına istinadən ain.az xəbər verir.

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” yeni qapıçı ilə sıralarını gücləndirib.

Sportal.az xəbər verir ki, yeni transfer Georgios Athanasiadis klubun mətbuat xidmətinə açıqlama verib. Saloniki təmsilçisi ilə 1+1 şərti ilə müqavilə imzalamış 31 yaşlı qolkiper bunları deyib:

“Möhtəşəm kluba qoşuluram. Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə düşməkdir. Eyn zamanda da, Yunanıstanda lider mövqe tutmaqdır. Ümid edirəm ki, kluba kubok qazana biləcəyik”. Xatırladaq ki, “Araz Naxçıvan” – “Aris” qarşılaşmaları iyulun 24-ü və 31-də baş tutacaq.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
sportal.az

2Mənbələr