AZ

Yardımlıda xaş-xaş kolları məhv edilib

Yardımlı rayonunda xaş-xaş kolları məhv edilib.

Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1650 kiloqram olan 9 min 200 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

Seçilən
10
42
ekologiya.az

10Mənbələr