“Sabah” klubu heyətinə yeni oyunçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisinin sıralarına Stiv Solvet qoşulub. Qvadelupa yığmasının üzvü olan Solvet ilə 2 illik müqavilə imzalanıb.
29 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib. O, milli komandada 13 oyunda 2 qola imza atıb.