ain.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
Fransalı hücumçu Olivye Jiru Avropa futboluna qayıtmağa yaxındır. Hazırda ABŞ-ın “Los Anceles” klubunun formasını geyinən 39 yaşlı futbolçu karyerasını vətənində davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli forvarda Fransa Liqa 1 təmsilçisi “Lill”dən təklif gəlib. Məlumata əsasən, Jiru Avropada oynamaq istəyini gizlətmir və “Lill”in marağına müsbət cavab verib.
Qeyd edək ki, Jiru bu mövsüm 18 oyunda meydana çıxıb, 3 qol vurub və 2 assistlə yadda qalıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.