AZ

Hörmüz boğazında tankerlər özlərini Rusiya və Çin gəmisi kimi təqdim edir

Azpost saytına istinadən ain.az xəbər verir.

İran-İsrail gərginliyi səngisə də, Hörmüz boğazında təhlükə hissi qalmaqda davam edir. AzPost xəbər verir ki,Reuters agentliyi Windward şirkətinin analitiklərinə istinadla bildirib ki, bölgədəki tankerlər hücum riskindən yayınmaq üçün özlərini Rusiya və Çin gəmiləri kimi təqdim etməyə başlayıb.

Məlumata görə, təkcə 12-24 iyun tarixləri arasında 55 gəmidən 101 anormal radio ötürməsi qeydə alınıb. Standart məlumatlar əvəzinə, həmin gəmilər Rusiyadan neft məhsulları daşıdıqlarını və ya Çin bayrağı altında yük göndərdiklərini elan ediblər.

Mütəxəssislər bildirir ki, dənizdə gəmi mülkiyyətinin mürəkkəb sistemi faktiki sahiblərin müəyyən olunmasını xeyli çətinləşdirir. Eyni zamanda, Böyük Britaniya və İsrail bayrağı altında üzən tankerlər isə xüsusi risk zonasına daxil edilir.

“The Wall Street Journal” isə bildirib ki, İran-İsrail qarşıdurmasının nəticəsi olaraq Çin rəhbərliyi ərəb qazına alternativ kimi Rusiyanın “Sibirin Gücü 2” layihəsinə daha sıx dəstək verməyə qərar verib.

Ekspertlər hesab edir ki, Hörmüz boğazında təhlükəsizlik riski fonunda belə “görünməz oyunlar” yaxın dövrdə beynəlxalq dəniz ticarətində daha ciddi böhranlara yol aça bilər.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
50
azpost.info

10Mənbələr