AZ

FHN dən gecəki yanğınla bağlı Daha bir açıqlama

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Ötən gecə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş verən yanğının səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma başladılıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb. Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
25
icma.az

10Mənbələr